Səhiyyə nazirinin yeni təyinatı qınandı - Foto

14:12 - 12.10.2022


12 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi oktyabrın 11-də səhiyyə naziri Teymur Musayevin əmri ilə Türkiyəli mütəxəssis, Adnan Menderes Universitetinin Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilib.

ABC.AZ xəbər verir ki, bundan sonra isə sosial şəbəkələrdə sözügedən şəxsin Türkiyədəki Uşak Eğitim ve Araştırma Hastanesində baş həkim işlədiyi və bir müddət əvvəl qalmaqallı formada işinə xitam verildiyi məlum olub. Belə ki, adıçəkilən şəxs Türkiyədə Uşak Eğitim ve Araştırma Hastanesində baş həkim işlədiyi dönəmdə bu ilin martında deputat İsmail Güneşin qarşısında baş əyməsi qardaş ölkə ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Qeyd edək ki, bu məsələyə görə, Azərbaycan səhiyyə nazirinin Mücahit Avcili ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru təyin edilməsi qınanılıb. Artıq yeni direktor  kollektivə təqdim edilib.

Xatırladaq ki, buna qədər klinikanın direktoru professor Surxay Hadıyev idi.

Müəllif: Elmir Murad


Bütün xəbərlər