Xalq Bankdan əlverişli manat kreditləri

13:34 - 5.06.2018


ASC “Xalq” Bankı əhaliyə istehlak xərcləri və biznes yatırımlarını qarşılamaq üçün manat valyutasında verilən istehlak və biznes kreditlərinin verilişini davam etdirir. Bank hazırda müştərilərə “Təmir”, “Təhsil”, “İstehlak”, “Məvacib+”, “Avtomobil”, “Biznes” kredit məhsullarını təklif edir. Kreditlərin müddəti 48 ayadək, məbləği isə kredit məhsulundan asılı olaraq 500 manatdan 500 000 manatadək dəyişir.

Təklif olunan kreditlərin illik faiz dərəcəsi kreditin növü və müştərinin bankla əməkdaşlıq tarixçəsindən asılı olaraq 17-28% arası dəyişir. Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi, iş yeri və gəlirlər haqqında arayışların təqdim edilməsi tələb olunur.

Bundan əlavə Xalq Bank Azərbaycan İpoteka Fondu (AİF), Sahibkarlığa Kömək Milli Fondun (SKMF) və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) kreditləşmə proqramları çərçivəsində əhaliyə ipoteka, sahibkarlıq və investisiya kreditləri təqdim edir. Dövlət kreditləşmə proqramları üzrə maksimal kredit məbləğ 10 000 000 manat təşkil edir.

2018-ci il I rübünün göstəricilərinə görə Xalq Bank 1 mlrd 322 mln manat kredit portfeli ilə Azərbaycanın özəl bankları arasında birinci yerdədir.

 

Bütün xəbərlər