Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edirik - Prezident

12:34 - 13.10.2022


13 oktyabr, Fineko/abc.az.  Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Zirvə Toplantısında çıxışı zamanı bildirib.

2022-ci ilin ilk doqquz ayında Azərbaycan ərazisindən keçən tranzitin həcminin təxminən 65 faiz artdığını qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”.

Bütün xəbərlər