Azərbaycanda çay istehsalı 20 faizə yaxın azalıb

14:50 - 17.10.2022


17 oktyabr, Fineko/abc.az. 2022-ci il oktyabr ayının 1-nə kimi tarlalardan 818,2 ton yaşıl çay yarpağı yığılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə yığılan yaşıl çay yarpağı 19,3 faiz azalıb. Həmçinin, tütün istehsalı 39 faiz azalaraq 2,9 min tona düşüb.

Həmçinin, 2022-ci il oktyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 47,9 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz az dənli və dənli paxlalı bitkilər, 1 milyon 21,9 min ton (3,8 faiz çox) kartof, 1 milyon 665,5 min ton (1,6 faiz çox) tərəvəz, 466,5 min ton (1,8 faiz çox) bostan məhsulları, 765,6 min ton (3,4 faiz çox) meyvə və giləmeyvə, 182,3 min ton (0,7 faiz çox) üzüm,  57,7 min ton (50,7 faiz az) şəkər çuğunduru, 38,8 min ton (14,1 faiz az) pambıq, 26,6 min ton (8,9 faiz çox) günəbaxan yığılıb.

Bütün xəbərlər