“Atəşgah” Sığorta Qrupu şirkətləri BFB-nin Listinq Məsləhət Proqramına qoşuldular

16:52 - 5.06.2018


5 iyun, Fineko/abc.az. “Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah” Sığorta şirkəti və “Atəşgah Həyat” Sığorta şirkəti Bakı Fond Birjasında (BFB) Listinq Məsləhət Proqramına qoşuldular.

“Atəşgah”ın məlumatında deyilir ki, şirkətlərin qoşulmasına dair saziş, iyunun 1-də BFB-nin İdarə Heyəti sədri Vüqar Namazov,  “Atəşgah” Sığortanın İdarə Heyətinin sədri Azər Əliyev  və “Atəşgah Həyat” Sığorta şirkətinin İdarə Heyətinin sədri Azər Ə. Əliyev tərəfindən imzalanmışdır.

“Sazişə əsasən proqrama qoşulan şirkətlər, sığorta kapital bazarları alətləri vasitəsi ilə investisiya cəlb olunması, bunun üçün optimal alətlərin seçilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, investorlar üçün təklifin hazırlanması üzrə LMP çərçivəsində təqdim edilən ödənişsiz məlumat və məsləhət xidmətlərindən istifadə edəcəkdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər