Azərbaycan Respublikası Maliyyə Nazirliyi kiçik və orta sahibkarlıq nümayəndələri üçün pulsuz təlimlər təşkil edir

17:35 - 5.06.2018


5 iyun, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi kiçik və orta sahibkarlıq nümayəndələri üçün təlimlər təşkil edir.

Nazirliyin məlumatında deyilir ki, təlimlər “Kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması” mövzusuna həsr olunacaq.

“Təlimlər pulsuz aparılır və hər qrup 8-10 nəfərdən ibarət olacaq. Sənədlər (şəxsiyyət vəsiqəsinin surəti, CV və iş yerindən arayış) 1 iyul tarixinə qədər [email protected] ünvanında qəbul edilir.

Əlavə məlumat almaq üçün  (012) 4048159; 5668477 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

 

Bütün xəbərlər