Ermənistan İrandan PUA-lar almaq istəyir

12:12 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. Ermənistan da İrandan pilotsuz uçuş aparatları (PUA) almaq istəyən ölkələr arasındadır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və İranın Ali Rəhbərinin hərbi məsələlər üzrə köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi bildirib.

"İran pilotsuz təyyarələrini almağa hazırkı namizəd ölkələr Ermənistan, Tacikistan, Serbiya, Əlcəzair, Venesuela və digər ölkələrdir”, - Səfəvi deyib.

Xatırladaq ki, bundan əvvəl Yəhya Rəhim Səfəvi 22 ölkənin İran istehsalı olan hərbi pilotsuz təyyarələrin alınması üçün rəsmi müraciət etdiyini bildirmişdi.

Bütün xəbərlər