Azərbaycanda ət kəsimi və satışı məntəqələrinə qarşı tələblər sərtləşdirilib

12:06 - 6.06.2018


6 iyun, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib.

Müraciətdə deyilir ki, heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir, buna görə də, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür.

“Hazırkı şəraitdə bu sahədə səliqə-səhmanın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var. Hesab edirik ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlarlıq subyektlərinin sahənin inkişafına öz tohfələrini verməsinin əsl vaxtıdır. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamərdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcəkdir”, - məlumatda belə deyilir.

Müraciətdə deyilir ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq.

 

Bütün xəbərlər