“AXA MBASK” nizamnamə kapitalını təxminən 24 milyon manata çatdırdı

12:18 - 6.06.2018


6 iyun, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən “AXA MBASK” Sığorta Şirkəti nizamnamə kapitalını artırır.

Şirkətin məlumatında deyilir ki, şirkətin kapitalı, nominal dəyəri 382 manat olan buraxılmış səhmlərin 10995 ədədini qapalı yerləşdirmə üsulu ilə 4 200 090 manat artırılıb.

“Beləliklə, şirkətin nizamnamə kapitalı  23 933 828 manata qədər çatdırılıb”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər