Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb

26.10.2022,15:06


26 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,7 dəfə artaraq 1 milyon 110,8 min nəfər olub.

İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiyaya gedənlərin sayı isə 21,2 faiz artıb.

Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,7 faizi Rusiyaya 11,1 faizi İrana, 8,5 faizi Gürcüstana, 15,4 faizi digər ölkələrə səfər etmişdir.

Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.