Azərbaycan banklarının xarici borcları artıb

12:42 - 6.06.2018


6 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) yerli bankların xarici borcalanma statistikasını açıqlayıb.

AMB-nin məlumatına əsasən, 1 may 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici borcları 1 899,8 milyon manat təşkil etmişdir.

Eyni zamanda, 1 aprel tarixinə bankların xarici borcları 1 892,3 milyon manat, martın 1-nə  2 252,9 milyon manat, fevralın 1-nə 2 267,2 milyon manat və yanvarın 1-nə 2 308,3 milyon manat təşkil etmişdir.

 

 

Bütün xəbərlər