Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 5,4 milyard dollara çatıb

13:06 - 6.06.2018


6 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ilin əvvəlindən artıb.

Mərkəzi Bankın məlumatına görə, bankın valyuta ehtiyatları 1 may 2018-ci il tarixinə 5465,8 milyon dollar təşkil edib.

Eyni zamanda, 2017-ci ilin dekabr ayının sonunda  ehtiyatlar 5334,6 milyon dollar, 2018-ci ilin yanvar ayının sonunda - 5381,2 milyon dollar, fevralın sonunda - 5387,3 milyon dollar, mart ayının sonunda isə 5508,0 milyon dollar təşkil etmişdir.

 

 

Bütün xəbərlər