İyunun 7-nə olan hava haqqında məlumat

14:55 - 6.06.2018


6 iyun, Fineko/abc.az. Sabah, iyunun 7-də  Bakıda və Abşeronda hava  dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 17-19, gündüz 27-32,  Bakıda gecə 17-19, gündüz 28-30 dərəcəyə yüksələcək.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70%, gündüz 40-45% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 7-də gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir. 

 

Bütün xəbərlər