Futbolda sarı və qırmızı kartlar necə yaranıb?

06.06.2018,15:09


Futbol oyunu zamanı hakim futbolçunu xəbərdar etmək üçün sarı kart, kobud oyunçunu yarışdan xaric etmək üçün qırmızı kart göstərir. Oyun zamanı futbolçuya 2 sarı kart göstərilirsə, bu avtomatik qırmızı karta çevrilir. Bunu istənilən azarkeş bilir. Lakin bu kartların cəmi 50 il öncə istifadə edildiyini hər kəs bilmir.

Kartlar tətbiq edilənədək hakim oyunçuya iradını “səsiylə” bildirirdi. Bu çox vaxt “maraqlı” hadisələrə səbəb olurdu. Məsələn, 1966-cı ildə Dünya Çempionatının ¼ finalında İngiltərə və Argentina komandaları görüşür. Oyunu alman hakimi Rudolf Kraytlan idarə edirdi və doğma alman dilindən başqa dil bilmirdi. Oyun çox kobud gedirdi, davamlı dava düşürdü. Hakim kobud hərəkətlərə görə argentina komandasının kapitanını Antonio Rattini oyundan çıxarmaq istəyir, o isə başa düşməyirmiş kimi davranır. Məsələyə ingiltərəli hakim Ken Astun da qoşulur və qayda pozan oyunçunu sahəni tərk etməyə vadar edə bilirlər. Bu hadisədən sonra Ken Astun bu hadisə haqda düşünməyə başlayır, və xüsusi aksesuar tətbiqinin vacibliyi haqda düşünməyə başlayır.

Bir gün avtomobili ilə sfetaforun qırmızı işığında gözləyərkən ağlına ideya gəlir: niyə də sarı və qırmızı kartlar olmasın? Futbolçunu xəbərdarlıq üçün sarı, oyundan çıxarmaq üçün qırmızı kart göstərilsin. Bu fikir müsbət qarşılandı və 1970 ildə, Meksikada keçirilən Dünya Çempionatında kartlar istifadə edildi. Futbol tarixində ilk sarı kartı isə çempionatın açılışında SSSR və Meksika komandaları arasında oyunda hakim Kurt Çeşner tərəfindən Sovet oyunçusu Kaxi Asatianiyə verilib.

Futbol tarixində ən çox kart isə 2006-cı ildə Dünya Çempionatında 1/8 finalda Hollandiya və Portuqaliya komandaları arasında oyunda olub. Rusyalı hakim Valentin İvanov tərəfindən oyunçulara 16 sarı və 4 qırmızı kart göstərilib.