Son 9 ayda ən çox sığorta haqqı toplaya bilən şirkətlər - Siyahı

10:30 - 1.11.2022


1 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanılmış 731 milyon 200 min manat sığorta haqqının 583 milyon 564 min manatı və yaxud 79,8%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, Mərkəzi Bankın statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (310 milyon 509 min manat), "PAŞA Sığorta" (172 milyon 884 min manat), “Atəşgah Həyat Sığorta” (36 milyon 558 min manat), “Qala Sığorta” (33 milyon 423 min manat) və “Xalq Sığorta” (30 milyon 190 min manat) ASC-lərdir. 9 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (1 milyon 646 min manat), "Naxçıvan Sığorta" (1 milyon 753 min manat), “Atasığorta” (3 milyon 652 min manat), “Bakı Sığorta” (4 milyon 927 min manat) və “Günay Sığorta” (5 milyon 569 min manat) ASC-lərdir.

Adları çəkilən şirkətlər ümumilikdə 17 milyon 547 min manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,4%-i deməkdir.

Bütün xəbərlər