Bu yol bağlanır -Təmir işləri aparılacaq

10:05 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. 3 noyabr saat 22:00-dək Bakı şəhəri, Binəqədi rayonu, "Baksol" yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Bütün xəbərlər