Anar Kərimov nazirlikdə əməliyyat keçirildiyini biləndə işə getməyib - Təfərrüat

11:20 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.

ABC.AZ “Unikal”a istinadən xəbər verir ki, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb.

Lakin A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.

O bildirib ki, nazir hazırda iş başındadır.

Bütün xəbərlər