Subsidiyaların verilməsində əsas problem sənədlərlə bağlıdır - Palata sədri

15:25 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. Kənd təsərrüfatında subsidiyaların verilməsində əsas problem torpaqların sənədləri ilə bağlıdır.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, subsidiyaların verilməsində bu, çox ciddi məsələlərdən biridir:

“Prezident İlham Əliyevin bu problemin aradan qaldırılması ilə bağlı tapşırığı var”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Tahir Mirkişili isə bildirib ki, bu gün subsidiya alanlardan cəmi 35%-nin sənədi, çıxarışı var.

 

Bütün xəbərlər