Son 10 ayda Azərbaycana ən çox turist bu ölkələrdən gəlir - Siyahı

16:33 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Turizm Agentliyi bu ilin yanvar-oktyabr aylarında Azərbaycana gələn xarici turistlərin sayının 118 % artaraq 1 323 416 nəfərə çatdığını açıqlayıb.

ABC.AZ sözügedən dövrdə Azərbaycana ən çox gəlmiş turistlər Rusiya vətəndaşları olub.

Bu sıralamada ikinci yeri 28,3 min nəfərlə Türkiyə, üçüncü yeri isə 15,3 min nəfərlə İran tutur, sıralamada növbəti yerləri Hindistan (9,4 min), Gürcüstan (8,5 min), Pakistan (5,6 min), Səudiyyə Ərəbistanı (4,1 min), Özbəkistan (3,2 min), Qazaxıstan (3,1 min), İsrail (2,5 min), Belarus (2,4 min), Ukrayna (2,3 min), Birləşmiş Ərəb Əmirlikləri (2,2 min), Birləşmiş Krallıq (1,6 min) və Türkmənistan (1,4 min) yer alıb.

Qeyd edilən dövrdə Azərbaycanı seçən ziyarətçilərin regionlar üzrə payına gəlincə bu kateqoriyada da liderliyi 33,7 %-lə Rusiya edir. Sonrakı yerləri Türkiyə (17,6 %), Asiya (16,4 %), İran (9,5 %), Avropa (7,8 %), Yaxın Şərq (7,7 %) və digər regionlar (1,9 %) qərarlaşıb.

Bütün xəbərlər