Bakıda “Xəngəland” kafesi bağlandı - Nazirlik qapılara möhür vurdu

11:10 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, ev 88, mənzil 5 ünvanında yerləşən Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində yoxlama aparılıb.

Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki, 1 noyabr 2022-ci il tarixində 90-JB-457 dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobilindən propan qaz balonlarının sözügedən obyektə daşınması haqqında daxil olmuş əməliyyat məlumatı və sakinlərin müraciətləri əsasında operativ yanğın-texniki müayinə keçirilməsi məqsədilə qanunamüvafiq qaydada qeyd olunan obyektdə yoxlama aparılıb və yanğın təhlükəsizliyi qaydalarının tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Qeyd olunanlarla əlaqədar qanunvericiliyə uyğun olaraq Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” kafesində işlərin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul olunub.

Bütün xəbərlər