Baker Tilly Azerbaijan və Məmmədyarovlar Şahmat Məktəbinin birgə təşəbbüsü ilə 8 Noyabr “Qələbə Günü”nə həsr olunmuş şahmat turniri keçirilib

05.11.2022,12:50


5 noyabr, Fineko/abc.az.   8 Noyabr "Zəfər günü" münasibətilə Baker Tilly Azərbaycan və Məmmədyarovlar Şahmat Məktəbinin birgə təşəbbüsü ilə 23 Oktyabr 2022-ci il tarixində Abşeron Olimpiya İdman Kompleksində fəaliyyət göstərən "Məmmədyarovlar şahmat məktəbi"nin Abşeron filialında "Zəfər" Rapid şahmat turniri təşkil edildi. Uşaqlar tərəfindən böyük sevinc və həyəcanla davam edən bu yarışmada bütün uşaqlar qalib kimi mübarizə apardılar. Şahmat biliklərinə daha çox bilik və təcrübə qatdılar.

Məmmədyarovlar ailəsi dünyada şahmatçılar ailəsi kimi tanınır. Belə ki, ailənin başçısı Həmid Məmmədyarov övladları Zeynəb, Şəhriyar və Türkan Məmmədyarovlara müəllimlik edərək kiçik yaşlarından şahmatı sevdirmiş, onları üç beynəlxalq qrossmeyster yetişdirmiş, dünya və avropa çempionatlarından, Dünya Şahmat Olimpiyadalarından ümumilikdə 40-dan çox medal qazandırmışdır. Şəhriyar Məmmədyarov dünyanın ən güclü top 10 şahmatçısından biridir. Zeynəb Məmmədyarova gənclər arasında avropa və dünya çempionudur. Kiçik bacı Türkan isə avropa çempionu və dünya gümüş medalçısıdır.

Şahmatı çox sevən bu ailənin "Məmmədyarovlar Şahmat Məktəbi"ni yaratmaqda məqsədi :

1.Uşaqlara şahmatı sevdirmək.

2.Şahmat vasitəsi ilə uşaqların intelektual bacarığını daha da inkişaf etdirmək.

3. Balaca dahilərin sosiallaşmasına nail olmaqdır.

Baker Tilly olaraq gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq, həmçinin gənclərin intellektual inkişafına tövhə vermək məqsədi ilə bu strateji oyunu davamlı olaraq təşkil edirik.

Niyə şahmat? - Şahmat Zəka, məntiq və strategiya oyunudur. Şahmat oynamaq ilk növbədə beynin intellektual bacarıqlarını artıran böyük bir məşqdir. Çünki, şahmat beynin gimnastikasıdır.

Qeyd edək ki, dünyanın 147 ölkəsində fəaliyyət göstərən və özündə 126 üzv şirkəti birləşdirən “Baker Tilly İnternational” şirkəti, öz gəlirlərinə görə dünyanın 10 qabaqcıl mühasiblər və məsləhətçilər şəbəkəsi sırasında olmaqla,

2007-ci ildən bəri ölkəmizdə “Baker Tilly” şirkəti ilə təmsil olunur. Azərbaycan bazarında 15 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.

1.    Facebook
2.    (1) Facebook

Açar sözlər: Baker Tilly