“Baksol” yolunda nəqliyyatın hərəkəti noyabrın 5-dək məhdudlaşdırılacaq

14:23 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. Paytaxtın Binəqədi rayonunun “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması müddəti noyabrın 5-i saat 23:00-dək uzadılır.

Bu barədə ABC.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

 

Bütün xəbərlər