Olimpiya Himninin klipi 1-ci yerə layiq görüldü

11:06 - 5.11.2022


5 noyabr, Fineko/abc.az.  Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə Idman Filmləri və Proqramları Festivalının mükafatlandırma mərasimi keçirilib.

ABC.AZ xəbər verir ki, tədbirdə ölkənin idman ictimaiyyəti, tanınmış idmançılar və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Elnur Kələntərovun layihə rəhbəri olduğu Olimpiya Himninin klipi festivalda İLİN ƏN YAXŞI KLİPİ nominasiyasında 1-ci yerə layiq görülüb.

Qeyd edək ki, klipin premyerası 11 noyabrda Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunacaq dövlət tədbirində baş tutacaq.

 


Bütün xəbərlər