“Azərbaycan Dəmir Yolları” yeni yoldəyişənlər quraşdırır

12:08 - 7.06.2018


7 iyun, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmirin növbəti mərhələsini davam etdirir.

SC-in məlumatında deyilir ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

“İlk belə yoldəyişən 9 sentyabr  2016-cı ildə quraşdırılıb və bu günə kimi 167 yoldəyişən yenisi ilə əvəz olunub. Hazırda Puta stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi həyata keçirir”, - deyə məlumatda bildirilir.

 

Bütün xəbərlər