Sərnişinlər xətti dəyişmək üçün qatardan düşməli olurlar, bu da narahatlıq yaradır - Baş mühəndis

12:57 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. Hazırda metropolitenin qarşısında həll edilməli məsələlərdən biri metronun 28 May stansiyasının bir qədər genişləndirilməsi və burada xətlərin bir xətdə kəsişməsinin aradan qaldırılmasıdır.

ABC.AZ xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Baş mühəndisi Əlixan Osmanov bildirib.

O qeyd edib ki, hazırki vəziyyətdə sərnişinlər xətti dəyişmək üçün qatardan düşməli olurlar –  bu da narahatlıq yaradır:

“İki xəttin “28 May” stansiyasında bir səviyyədə kəsişməsi bizim metropolitenin mənfi cəhətidir. Apardığımız monitorinqlər nəticəsində deyə bilərik ki, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Həzi Aslanov” stansiyalarından metroya minən sərnişinlərin 90 %-i “Elmlər Akademiyası” – “Memar Əcəmi” istiqamətinə gedir.

Buna görə də hazırda Metropoliten rəhbərliyi 28 May stansiyasında xətləri bir-birindən ayırmağı və «Xətai» stansiyasının başqa stansiyalara çıxışını asanlaşdırmağı planlaşdırır”.

 

Bütün xəbərlər