Bu qanun işləsə, bütün Azərbaycanı azad iqtisadi zonaya çevirə bilərik - Deputat

13:45 - 5.11.2022


5 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisiin Komitə iclasında deputat Əli Məsimli ölkəyə qoyulam xarici sərmayələrin kəskin azalmasına toxunub.

ABC.AZ-ın məlumatına görə, deputat Azərbaycana xarici sərmayənin cəlbediciliyini artırmaq üçün Rəqabət Məcəlləsinin qəbulunu vacib saydığını deyib:

"Bunun üçün məqsədyönlü addımların atılmasını sürətləndirmək lazımdır. Bu qanun işləsə, bütün Azərbaycanı azad iqtisadi zonaya çevirə bilərik. Amma qanun işləməsə, hamı üçün rəqabət yaradılmasa, hər manatdan səmərəli istifadəni təmin edə bilməyəcəyik. Bu qanun bütövlükdə Azərbaycanda, o cümlədən azad olunmuş ərazilərdə mühüm layihələrin həyata keçirilməsinə şərait yarada bilər”.

Bütün xəbərlər