Aİ, paytaxt və bölgələr arasındakı boşluğu azaltmaq üçün Azərbaycana 13 milyon avrodan çox vəsait ayıracaq

12:43 - 7.06.2018


7 iyun, Fineko/abc.az. Avropa Komissiyasının qonşuluq siyasəti  məsələləri üzrə nümayəndəsi  Lorens Meredit Azərbaycanın Lənkəran rayonuna səfər edib.

Fineko/abc.az в Agentliyinə  “Şərq Tərəfdaşlığı” proqramından bildirildi ki, keçirilən görüşlər zamanı L.Meredit bildirib ki, Aİ-nin Azərbaycana verdiyi dəstək ölkə daxilində vətəndaşların həyatı üçün əlamətdar nəticə və fayda təmin etməkdir.

“Bizim əsas məqsədimiz, Lənkəran bölgəsinin həm milli, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaqdır”, - L.Meredit belə deyib.

Aİ, yerli səviyyədə sosial və iqtisadi inkişafı təşviq etmək və Bakı ilə digər ölkəin digər bölgələri arasındakı boşluğu azaltmaq üçün 13 milyon avrodan çox vəsait ayıracaq.

Lənkəran rayonu ən aşağı istehsal həcminə və adambaşına düşən gəlir səviyyəsinə, eləcə də adambaşına düşən ən aşağı səviyyədə investisiyaya malikdir, lakin eyni zamanda yüksək dəyərli bağçılıq məhsullarının istehsalında inkar edilə bilməz potensiala malikdir.

Aİ proqramı bölgənin meyvə və tərəvəz sektorunun rəqabət qabiliyyətliliyi və əlavə dəyərinin davamlı artmasına yönəldiləcək.

Aİ, yerli mərkəzlərin müasir şəbəkəsinin yaradılması,iqtisadiyyat və icmalar sahəsində əməkdaşlıq, eləcə də Lənkəranda meyvə və tərəvəz sektorunda sahibkarlıq fəaliyyətinin aparılması və investisiyaların yatırılması  üçün şəraitinin yaxşılaşdırılması istiqamətində, Azərbaycan hökuməti ilə, Avropa İttifaqının standartları və təcrübələrinə uyğun olaraq, regional ərazi planlaşdırması sisteminin hazırlanması sahəsində əməkdaşlıq etməyi planlaşdırır.

Bu tədbirlərin bazar yönümlü meyvə-tərəvəz istehsalının inkişafına kömək edəcəyi gözlənilir ki, bu da, bu da Lənkəran rayonunun vətəndaşlarının mənafeyi üçün sektorda biznesin aparılması üçün şəraitin yaxşılaşdırılması üçün yol açacaqdır.

Kənd ərazilərinin və bölgələrinin inkişafı sahəsində bu yeni yardım paketi, Azərbaycanın iqtisadi diversifikasiyası üzrən fəaliyyət proqramı üçün vacib olan bir sıra istiqamətlərdə Aİ və Azərbaycanın əməkdaşlığı gücləndirmək hazırlığını  təsdiqləyir.

 

Bütün xəbərlər