"İkinci əl" avtomobillərin qiyməti kəskin bahalaşıb

10:36 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. Avropanın işlənmiş avtomobil bazarında kəskin artım müahidə edilir. Avropadakı bahalaşma Azərbaycana da təsirsiz ötüşmür.

ABC.AZ xəbər verir ki, bu barədə "Xəzər tv"-də yayımlaman süjetdə qeyd edilib.

Süjetdə bildirilib ki, avtomobil bazarları üzrə araşdırmaçı Sərxan Qədirov deyib ki, həm Avropadan sifarişlə gətirilən, həm də daxili bazarda satılan "ikinci əl" nəqliyyat vasitələrinin qiyməti xeyli artıb.

Onun sözlərinə görə, bahalaşma həmçinin hibrid və elektromobillərdə də özünü göstərir.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə hesab edir ki, "ikinci əl" nəqliyyat vasitələrinin qiymətinin artması həmin maşınların istehsalının azalması ilə bağlıdır.

 

Bütün xəbərlər