İyunun 8-də gözlənilən hava haqqında məlumat

14:07 - 7.06.2018


7 iyun, Fineko/abc.az. Bakıda və Abşeron yarımadasında sabah hava  dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.  Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.  Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28,  Bakıda gecə 18-20, gündüz 25-27 dərəcəyə yüksələcək.

Atmosfer təzyiqi  normaya uyğun, 762 mm civə sütunu, nisbi rütubət gecə 70-75%, gündüz 35-40%  təşkil edəcək.

Abşeronun şimal çimərliklərində  (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu 20-21 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə isə, iyunun 8-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 25-30, dağlarda gecə 9-13, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

 

Bütün xəbərlər