Onların maaşı artırıla bilər - Agentlik rəhbərindən açıqıama

17:29 - 10.11.2022


10 noyabr, Fineko/abc.az. "Bizə daha çox müraciət olunan mövzulardan bir səhiyyə sahəsində çalışan əməkdaşların əməkhaqlarının artırılması ilə bağlıdır. Bununla əlaqədar işlər aparılır".

ABC.AZ xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbəri Zaur Əliyev Milli Məclisin komitə iclasında deyib.

“2022-ci ildə əksər ixtisaslı həkimlərin əməkhaqları 1000 manat üzərində müəyyən olunub. Əlavə olaraq onlar bonuslar alırlar. Yenə də bu məsələyə baxılacaq. Eyni zamanda, tibb işçilərinin yenidən əməkhaqlarının artırılması məsələsinə baxılacaq. Bu da bizim büdcəmizdən asılıdır”, - deyə qurum rəhbəri bildirib.

Bütün xəbərlər