Elmə ayrılan xərclərin az olmasının səbəbi açıqlanıb

11.11.2022,14:39


11 noyabr, Fineko/abc.az. "Biz hesab edirik ki, elmə ayrılan xərclərin az olmasında səbəb buradakı struktur problemləridir”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin komitə iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, Elmin İnkişafı Fonduna ayrılan pulların xərclənməsi heç baş verməyib:

“Prezident tərəfindən müvafiq qərar qəbul edilib. AMEA-nın bir hissəsi Elm və Təhsil Nazirliyinə verilib. Həmin nazirliyə təkliflərini hazırlamaq üçün 6 ay vaxt verilib. Mən əminəm ki, həmin təkliflər hazırlanandan sonra biz müvafiq qərarlar qəbul edəcəyik. Biz bunların dövlət büdcəsində əksini görəcəyik. Sadəcə, əməkhaqların artırılması yolu ilə mövcud strukturda elmdən nəyisə gözləmək sadəlövhlük olardı”.