Rusiya avtomobil bazarı bu qədər kiçiləcək

10:55 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Rusiya avtomobil bazarı qıtlıq fonunda bu il 50-70% azala bilər.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu dilerlər bildiriblər.

Dilerlər bəyan edib ki, yeni avtomobillərin olmaması səbəbindən avtomobil dilerlərinin satış həcmi ilin sonunadək 50-70% azala bilər.

“Bu il satışın ötən illə müqayisədə 58-65% azalaraq 600 min avtomobilə düşəcəyi gözlənilir” deyə "Avtodom"un mətbuat xidmətindən bildiriblər.

"Avilon" şirkətinin rəsmisi Aleksey Starikov isə bildirib ki, Rusiya avtomobil bazarının nə qədər geriləyəcəyini dəqiq proqnozlaşdırmaq çətindir:

"Bununla belə, mövcud vəziyyətə əsasən, ilin sonuna qədər avtomobil qıtlığının və satışların azalmasının davam edəcəyi göz qabağındadır".

Bütün xəbərlər