Palata “AZAL”ı yoxladı – Nöqsanlar aşkarlandı

12:23 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Hesablama Palatası "Azərbaycan Hava Yolları" QSC-nin 2019-2021-ci illərdəki maliyyə-tərərrüfat fəaliyyətini audit edib.

ABC.AZ Palataya istinadən xəbər verir ki, audit nəticəsində auditlə xarici müntəzəm aviareyslərdən müvafiq gəlirlərin əsasən üstün mövqeyə sahib olmaları şərtləndirilməklə eyni kommersiya partnyorlarının vasitəçiliyi ilə əldə olunması, bəzi komisyon haqların analoji standartlardan yüksək tariflərin, yükdaşıyıcı şirkətlərin hava gəmiləri üçün aeroport xidmətləri üzrə isə güzəştli tariflərin tətbiq olunması şəraitində qiymətlərin daha rəqabətli mühitdə formalaşmasına və ümumi rentabelliyin artırılması potensialının dəyərləndirilməsinə üstünlük verilmədiyi müəyyən edilib.

Həmçinin, müstəsna hüquqlar əvəzsiz qaydada verimiş kənar hüquqi şəxslərin AZAL-ın müştərilərinə aeroport ərazisində müxtəlif məzmunlu xidmətlərin göstərməsindən əldə edilən gəlirlərin birbaşa və yaxud dolayısı ilə səhmdar cəmiyyətinə aid olması şəraitində dövlət-özəl tərəfdaşlığının beynəlxalq təcrübədə mövcud olan uğurlu nümunələrinin öyrənilməsi və tətbiqi imkanlarından istifadə edilməyib, əlavə gəlir potensialı reallaşdırılmayıb.

Aviasərnişindaşımada reyslər üzrə kreslolardan istifadə faizinin xərc tutumu daha yüksək olan uzun məsafəli istiqamətlərdə orta göstəricidən əhəmiyyətli səviyyədə aşağı olması, hava gəmilərindən, eləcə də aeroportlardan istifadə əmsallarının da aşağı intervallarda cərəyan etməsi sabit xərc yükü müqabilində istər aviasərnişindaşıma fəaliyyətindən, istərsə də digər əsas fəaliyyət növlərindən gəlirlərin artmasına mənfi təsir etməklə aviabiletlərin qiymətlərinin əhəmiyyətli optimallaşdırılması üçün münbit şəraitin formalaşmasını təmin etməyib.

Nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə təkliflər irəli sürülüb.

Bütün xəbərlər