Zəngəzur dəhlizi açılsa sahibkarlarımız daha çox gəlir əldə edəcək

14:42 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. “Zəngəzur dəhlizinin açılmasından sonra Çindən Azərbaycana və digər ətraf ölkələrə gələn yüklər iki həftə vaxt udmuş olacaq. Bu, həmçinin qiymətə qənaət deməkdir. Sahibkarlarımız daha çox gəlir əldə edəcək”.

ABC.AZ xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji planlaşdırma və inkişaf departamentinin müdiri Xudayar Həsənli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gürcüstan limanlarının alternativi olmadığına görə qiymət bahadır. Həm vaxt, həm qiymət baxımından Zəngəzur dəhlizi bizə qlobal logistikada çox kömək edəcək.

Bütün xəbərlər