Bu günə qədər Azərbaycana verdiyimiz və geri ödənilmiş kreditlərin məbləği 4 mlrd dollardır - Sənan Şabanov

12:30 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda III Maliyyə və İnvestisiya Forumu baş tutub.

ABC.AZ-ın məlumatına görə, Forumda Asiya İnkişaf Bankının (ADB) İnvestisiya üzrə baş inzibatçısı Sənan Şabanov təmsil etdiyi qurumun Azərbaycandakı investisiya portfelindən danışıb.

“Bu günə qədər Azərbaycana verdiyimiz və geri ödənilmiş kreditlərin məbləği 4 mlrd ABŞ dollarıdır. ADB-ni daha çox dövlət sektoru ilə işləyən bank kimi tanıyırlar. Amma bizim özəl sektorla da müəyyən layihələrimiz var. 2030-cu ilə olan strategiyamızda 7 hədəf var. Onlardan biri investisiya və kredit portfelimizdə özəl sektorun payını artırılaraq 1/3-ə çatdırmaqdır. Biz həmçinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birlikdə “Dövlət-özəlt tərəfdaşlığı (PPP) haqqında” qanun layihəsinin hazırlanmasında iştirak etmişik və artıq həmin sənəd Milli Məclisdə I oxunuşdan keçib”, - deyə S.Şabanov əlavə edib.

 

Bütün xəbərlər