Azərbaycanda avtomobil istehsalı kəskin azalıb

15:55 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-oktyabr aylarında (10 ayda) Azərbaycanda 1634 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 264 ədəd az (-13,9%) minik avtomobili istehsal olunub (yığılıb).

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Oktyabr ayında 124 ədəd minik avtomobili istehsal edilib. 

Qeyd edək ki, 2022-ci ilin yanvar-sentyabr aylarında (9 ayda) Azərbaycanda 1510 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 ədəd az (-2,7%) minik avtomobili istehsal olunmuşdu.

01.11.2022-ci il vəziyyətinə minik avtomobilləri üzrə hazır məhsul ehtiyatı 117 ədəd təşkil edib. 

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 532 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% az traktor istehsal olunub. 01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 20 ədəd təşkil edib.

Bütün xəbərlər