Azərbaycanda 20 milyon manat məbləğində ipoteka istiqrazları buraxılmışdır

17:26 - 7.06.2018


7 iyun, Fineko/abc.az. Bu gün Bakı Fond Birjasında (BFB) İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

BFB-in məlumatında deyilir ki, istiqrazların  dəyəri 20 milyon manat, tədavül müddəti 23 il və ya 8280 gün təşkil etmişdir.

Yerləşdirmə zamanı hərrac qiyməti 1 004,0833 manat təşkil etmişdir. Bütün istiqrazlar yerləşdirilmiş, 19 dekabr 2040-cı il onların ödəmə tarixi müəyyən edilmişdir.

 

Bütün xəbərlər