Gələn il dövlət büdcəsindən 1,7 milyard manat subsidiya veriləcək - Palata sədri

16.11.2022,17:21


16 noyabr, Fineko/abc.az. Azərbaycanda təqdim edilmiş büdcə sənədlərinə əsasən gələn il dövlət büdcəsindən 1,7 milyard manat subsidiya verilməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, bu, illik müqayisədə 25,5 % artım, büdcə xərclərinin 5,3 %-i deməkdir.

Nəticə olaraq, subsidiyaların verilməsi mexanizmini tənzimləyən konkret meyarların olmaması şəraitində subsidiyaların məbləğində nəzərəçarpacaq artım müşahidə edilir.