Büdcədən verilən subsidiyalarla bağlı yeni mexanizm hazırlanacaq?

17:30 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov dövlət büdcəsindən ayrılacaq subsidiyalardan danışıb.

ABC.AZ xəbər verir ki, o qeyd edib ki, Azərbaycanda təqdim edilmiş büdcə sənədlərinə əsasən gələn il dövlət büdcəsindən 1,7 milyard manat subsidiya verilməsi nəzərdə tutulur.

"Bizim təklifimiz büdcədən verilən subsidiyaların hansı şərt və qaydada verilməsi ilə bağlı mexanizmin müəyyən edilməsi ilə bağlıdır. Bu, maliyyə nəzarəti üçün normativ baza olmaqla yanaşı, büdcə intizamının gücləndirilməsi üçün həm Maliyyə Nazirliyi, həm də kənar dövlət maliyyə nəzarətini aparan Hesablama Palatası üçün etibarlı meyar ola bilər. Bu, həm də növbəti illərdə subsidiyanın mahiyyətinin konkretləşdirilməsinə və bu ad altında nəzərdə tutulan xərclərin azalmasına da səbəb olar", - deyə V.Gülməmmədov qeyd edib.

 

Bütün xəbərlər