Azərbaycanın turizm potensialı daha bir ölkədə nümayiş edilib - Foto

15:32 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Azərbaycanın turizm imkanlarının təbliği və tanıdılması məqsədilə noyabrın 16-da İspaniyanın Madrid şəhərində tədbir keçirilib.

ABC.AZ xəbər verir ki, tədbirdə  2021-ci illə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın turizm sektorunda 118% artım müşahidə edildiyi, ümumilikdə turizm sənayesinin 50 faiz bərpa olunduğu qeyd edilib.

Həmçinin işğaldan azad olunmuş ərazilərin işğal müddətində dağıdılaraq məhv edildiyini, Azərbaycan dövləti tərəfindən həmin ərazilərin və dağıdılmış maddi-mədəni irs abidələrinin, o cümlədən Alban-xristian və Qafqaz-alban mədəniyyətinə məxsus kilsə və abidələrin bərpası istiqamətində genişmiqyaslı işlərin aparıldığı diqqətə çatdırılıb.

Növbəti illər üçün təşkilatın mədəni irs turizmi ilə yanaşı, təhsil, rəqəmsal turizm və tədbirlər turizminin inkişaf etdirilməsi istiqamətində fəaliyyətin vacibliyini qeyd edilib.

 


Bütün xəbərlər