İspaniyanın dövlət borcu rekord qırıb

17.11.2022,16:15


17 noyabr, Fineko/abc.az. İspaniyanın dövlət borcu 2022-ci ilin sentyabr ayında əvvəlki ayla müqayisədə 0,8% artaraq 1,5 trilyon avronu keçərək yeni tarixi rekord qırıb.

ABC.AZ xəbər verir ki, bu barədə İspaniya Mərkəzi Bankının açıqladığı hesabatda qeyd edilib.

Məluamata görə, İspaniyanın dövlət borcu keçən ilin eyni ayı ilə müqayisədə 5% artıb.

Bununla belə, krallığın borcunun ÜDM-ə nisbəti ötən ilin sonunda qeydə alınan 118,7%-dən 116%-ə düşüb.

Dövlət borcunun ÜDM-ə nisbəti son aylarda tədricən azalsa da, hökumətin müəyyən etdiyi 115,2% hədəfini üstələyir.