Prezident SOCAR-la bağlı Sərəncam verdi

16:57 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, iqtisadiyyat nazirinin müşaviri Anar Axundov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilib.

Bütün xəbərlər