“Paşa Sığorta” 250,000 dollar maksimal kompensasiya ilə Azərbaycanda ilk beynəlxalq sığorta məhsul təqdim etdi

11:03 - 8.06.2018


8 iyun, Fineko/abc.az. “Paşa Sığorta” sığorta şirkəti Azərbaycanda ilk beynəlxalq tibbi sığorta məhsulunu təqdim etdi.

Məhsul dörd zonanı əhatə edir: I zona - bütün dünya; II zona - Şimali Amerika istisna olmaqla bütün dünya;  III zona- Şimali Amerika, Çin, Böyük Britaniya, Honkonq, Sinqapur və İsveçrə istisna olmaqla bütün dünya; IV zona - Şimali Amerika, Çin, Böyük Britaniya, Honkon, Sinqapur, İsveçrə, Avstraliya, Braziliya, Çili, Meksika və Tayland istisna olmaqla bütün dünya.

Məhsul çərçivəsində maksimum sığorta məbləği 250,000 dollar təşkil edir, sığorta məbləği  769 dollardan başlayır.

Məhsul sığortaçılara stasionar xidmətlərin göstərilməsi, orqan köçürülməsi (100 000 dollar məbləğində sığorta kompensasiyası ilə) onkoloji xəstəliklərin müalicəsi, ambulator müalicə, xroniki xəstəliklərin müalicəsi, profilaktik müayinə, hamiləlik dövründə müayinə, evakuasiya və köçürmə, həmçinin sığorta zonasından kənarda təcili xidmətləri nəzərdə tutur.

Beynəlxalq sığorta xidmətlərinin göstərilməsi üzrə şirkətin tərəfdaşları: CHP (Crossborder Health Partner)  və GBG (Global Benefits Group).

 

Bütün xəbərlər