Prezidentin özünə yeni təyin etdiyi köməkçi bağlanmış Bankın baş direktoru olub - DOSYE

11:51 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

ABC.AZ Xalid Əhədovun dosyesini təqdim edir:

Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olmuşdur. Ziyalı ailəsində anadan olan X.Əhədovun anası müəllim, atası həkimdir.

1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində «Maliyyə və kredit» ixtisası üzrə bakalavr dərəcəsi, 2000-2002-ci illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır. 2010-2012-ci illərdə Avropanın, həmçinin dünyanın ən güclü universitetlərindən biri olan Instituto de Empresa (IE) biznes məktəbinə qəbul olmuş və Barcelonada MBA təhsili almışdır.

1999-cu ilin mart ayı - «Bank of Baku» - komanda rəhbəri vəzifəsi, pərakəndə biznes bölməsinin meneceri, müştəri məmnuniyyəti departamentinin rəhbəri vəzifələri

2005-ci il - Bank of Baku- idarə heyəti sədrinin müavini

2012-ci il - Unibank- İcraedici komitənin üzvü

2015 il - Unibank- İcraçı Direktor vəzifəsi

12.07.2016 - “Bank Standard” - baş direktor

2.12.2016 - "Azər Türk Bank" - İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraedicisi

10.01.2017 - "Beynəlxalq Bank" - İdarə Heyətinə sədr

14.03.2018 - "Beynəlxalq Bank" - Müşahidə Şurasının üzvü

Xalid Əhədovun bir sıra yerli və xarici elmi jurnallarda müxtəlif məqalələri işıq üzü görmüşdür.

Qeyd edək ki, Xalid Əhədov keçmiş millət vəkili Nurəddin Əhədovun oğludur.

 

Bütün xəbərlər