Azərbaycanda deputat vəfat etdi

12:06 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Naxçıvan MR Ali Məclisinin deputatı Nazim Bababəyli dünyasını dəyişib.

ABC.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 69 yaşlı Nazim Bababəyli xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan N.Bababəyli həm də müəllim kimi çalışırdı.

O, görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun hazırkı rektoru Elçin Babayevin isə qardaşıdır.

Bütün xəbərlər