Onlar Nüsrətin restoranında fantastik məbləğ ödədilər – Foto

12:33 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Formula 1-in məşhur pilotları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində bir araya gəliblər.

ABC.AZ xəbər verir ki, onlar məşhur aşpaz Nüsrətin adıçəkilən şəhərdəki restoranında görüşüblər.

Görüşdə ən diqqət çəkən məqam isə isə onların ödədiyi hesab olub. Pilotlar nə az, nə çox 615 min dirhəm (285 min manat) ödəyiblər.

Qeyd edək ki, aparıcı Qərb mediasının xəbərlərində qəbzdə göstərilən rəqəm avro ilə təqdim edilib, amma çekə diqqət edildikdə AED (dirhəm) valyutasını görmək mümkündür.

Müəllif: Elmir Murad

 


Bütün xəbərlər