Azərbaycanın yeni şərab brendi Rusiyaya ixrac olunacaq – Sertifikatlar verildi

15:18 - 18.11.2022


18 noyabr, Fineko/abc.az. Azexport portalı növbəti Sərbəst Satış Sertifikatlarını təqdim edib.

ABC.AZ-ın məlumatına görə, sertifikatlar Azərbaycanda “İsmayıllı Şərab-2” ASC tərəfindən istehsal olunan “Chabian” brendli şərab məhsullarının Rusiyaya ixracı üçün nəzərdə tutulub.

Qeyd edək ki, sərbəst satış sertifikatı Prezidentin Fərmanına uyğun Azexport portalı tərəfindən təqdim olunur.

Ümumilikdə 2018-ci ilin aprel ayından 2022-ci il noyabr ayına kimi 633 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinə məhsulların ixracını asanlaşdırıb.

 

Bütün xəbərlər