Zəngilanda tikinti bumu yaşanacaq - Gələn ildən

11:59 - 21.11.2022


21 noyabr, Fineko/abc.az. Gələn ilin ortalarında, bəlkə də ondan da tez Zəngilandakı digər kəndlərin tikintisinə başlanılacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq Zəngilan şəhərinin də layihələndirmə işləri başa çatıb:

"Gələn il Zəngilanda da tikinti işləri başlayacaq. Ümumiyyətlə, gələn ildən bir sıra inzibati binaların tikilməsi kimi böyük layihələr həyata keçiriləcək".

Bütün xəbərlər