Prezident İlham Əliyev “Formula 1”in rəhbərini qəbul edib

12:15 - 22.11.2022


22 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev noyabrın 22-də Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikalini və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatolini qəbul edib.

ABC.AZ xəbər verir ki, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulanıb, dünyada bu yarışlara marağın getdikcə artdığı bildirildi və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olunub.

Dövlətimizin başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini bildirib.

Formula 1 Qrupunun idarə heyətinin sədri və prezidenti Stefano Domenikali və Formula 1 Qrupunun məsləhətçisi Flavio Briatoli ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər, yarışlara beynəlxalq və Azərbaycan ictimaiyyətini daha çox cəlb etməyə çalışdıqlarını deyiblər. Onlar artıq dünyada çox tanınan Bakı şəhər halqasının Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçirilməsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğulayıblar.

Bütün xəbərlər