Putin Soltanovsiyni vəzifəsindən azad etdi

14:27 - 22.11.2022


22 noyabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin İvan Soltanovskiyi ölkənin Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən azad edib.

ABC.AZ “TASS”a istinadən xəbər verir ki, Putin bu barədə sərəncam imzalayıb.

Xatırladaq ki, Rusiya cari ilin mart ayında sözügedən təşkilatdan çıxıb.

Bu zaman Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçə Rusiyanın təşkilatdan çıxması ilə bağlı məlumat təqdim olunub.

Bütün xəbərlər